Movqe.Az xəbər verir ki, Çindəki bir zooparkında körpə fil, onu istəməyən anasından uzaqlaşdırıldığı üçün beş saat ərzində gözyaşı töküb. Zooparkda 30 Avqustda dünyaya gələn bala fil, doğulduqdan dərhal sonra anasının hücumuna məruz qalıb. Ana fil, körpənin üstünə təzyiq etdikdə zoopark səlahiyyətliləri dərhal müdaxilə edərək körpə fili uzaqlaşdırıb. Hadisənin səhvən olduğunu düşünən mütəxəssislər, körpə fili iki saat sonra yenidən anasının yanına qoyub. Ancaq ana fil, körpənin yenidən üstünə təzyiq etdikdə, səlahiyyətlilər yenə müdaxilə edib və körpəni anasından ayırıb. Anasının yanından ayrılan və çox kədərli görünən körpə fil, nə az, nə çox, düz beş saat boyunca ağlayıb. Zoopark səlahiyyətliləri "Həm anasından ayrıldığı həm də onu öldürməyə çalışan anası olduğu üçün çox kədərlidir" deyib. Ana filin körpəni səbəb öldürməyə çalışdığı isə bilinmir.