Ordumuz daha bir əsgərini itirdi

13 Sentyabr 2013 13:36 (UTC+04:00)

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

 

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.