Movqe.az xəbər verir ki, İngiltərə Hökümət Donanması mart və aprel aylarında döyüş gəmisi "HMS Vestminster" tərəfindən Eden körfəzində batırılan pirat gəmilərinin fotoşəkillərini yayımlayıb. Bölgədə7 ay müddətində vəzifəsini icra edən gəmi beynəlxalq qüvvələrə dəstək vermişdi. Dünən də Avropa Birliyi donanmasına mənsub qüvvələr Somalidə piratlara istiqamətlənmiş iki quru əməliyyatını reallaşdırıb və çox sayda gəmini məhv edib.
Xatırladaq ki, Somalidə məskunlaşan piratlar Hind okeanında çox sayda gəmi qaçırıb və sərbəst buraxmaq üçün küllü miqdarda pul istəyiblər. İndiyə qədər quldurların əlində 17 gəmi,300 şəxsi heyət və sərnişin olduğu güman edilir.