Azərbaycanın diplomatik nümayəndəliklərində prezident seçkisi ilə bağlı 38 seçki məntəqəsi yaradılıb

13 Sentyabr 2013 14:10 (UTC+04:00)

Azərbaycanda keçiriləcək prezident seçkisi ilə abğlı ölkəmizin diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılıb. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Azərbaycan Konstitusiyasına əsasən Azərbaycanda prezident seçkiləri zamanı xaricdə yaşayan vətəndaşlarımız ölkənin xarici diplomatik nümayəndəliklərində yaradılan seçki məntəqələrində səs verəcəklər.