Prezident xalq artisti Arif Məlikova "Heydər Əliyev" ordeni təqdim edib

13 Sentyabr 2013 16:43 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də xalq artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni təqdim edib.