"Bu, hörmətsizlikdir" - Xatirə İslam
13 Sentyabr 2013 17:26 (UTC+04:00)
Müğənni Xatirə İslam toy məclislərində fonoqramla oxuyan
sənətçiləri qınayıb.
Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan
"Bizim gün" verilişinə qonaq olan ifaçı bunun hörmətsizlik olduğunu
deyib:
"Çox vaxt canlı ifaya üstünlük verirəm. Bəzən musiqiçi yaxşı olmur,
mahnını düzgünifa edə bilmir. Onda minisovkadan istifadə etmək
olar. Əgər özünəgüvənən müğənnidirsə, minisovka ilə canlı ifa
etsin. Canlı oxumasam, məni toya dəvət edən ev yiyəsinə də
hörmətsizlik etmiş olaram".
Yeniliklərindən də söz açan Xatirə Gövhər Həsənzadənin bəstəsi olan
"Biri var burda" mahnısına klip çəkdirəcəyini deyib.