Səbailli müharibə veteranları toplanıb

13 Sentyabr 2013 17:46 (UTC+04:00)

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında müharibə veteranları, əlilləri, şəhid ailələri, Azərbaycanın Milli Qəhrəmanları və ailə üzvləri, məcburi köçkünlərin nümayəndəlinin, həmçinin Səbail rayon Sosial Müdafiə Mərkəzi, Sosial Müdafiə Fondu,  Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.İcra Hakimiyyətindən Movqe.az-a verilən xəbərə görə, toplantının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən müxtəlif kateqiriyalardan olan vətəndaşların, o cümlədən şəhid ailələri, müharibə veteranları, əlillər, məcburi köçkünlərin pensiya və müavinətlərinin artırılması məsələlərinə həsr olunub. Toplantını giriş sözü ilə asan AVMVB Səbail rayon şöbəsinin sədri İlham Əliyev Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə respublikamızda bir sıra sahələrdə çalışanların əmək haqlarının, əmək pensiyalarının, o cümlədən də müharibə veteranları, əlilləri, şəhid ailələri, məcburi köçkünlər və s. bu kimi imtiyazlı kateqoriyaya ail vətəndaşların  pensiya və müavinətlərinin artırılmasından danışıb. Qeyd olunuub ki, respublika iqtisadiyyatının sürətli inkişafı, dövlətimizin gün-gündən möhkəmlənməsi və tərəqqisi ilə bağlı ölkə başçısının müvafiq sərəncamdarı ilə əmək haqları və, pensiya və müavinətlər də mütəmadi olaraq artır. Bu da ölkə vətəndaşlarının maddi durumunun artırılmasına, şəraitlərinin yaxşılaşdırılmasına səbəb olur. Qısa müddət ərzində məcburi köçkünlərlə bağlı böyük layihələr həyata keçirilib. Minlərlə məcburi köçkün ailələri müxtəlif rayonlarıda tikilmiş şəhərciklərə, o cümlədən Bakı şəhərində onlar üçün inşa olunmuş yeni evlərə köçürülürlər. Şəhid ailələri, müharibə əlilləri, veteranları, imtiyazlı kateqoriyadan olan vətəndaşlar Əmək və Əhalinin soisal müdafiəsi nazirliyi tərəfindən tikilən çoxmənzilli binalarda mənzillərlə, həmçinin fərdi evlərlə təmin olunrular. Dövlət Başçısının səyləri nəticəsində hər il yüzlərlə əlilə pulsuz minik avtomobilləri verilir, sanator müalicələri təmin olunur. Bütün bunlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni iş yerlərinin açılması işsizlik problemlərinin həllinə kömək göstərir. Ölkədə yoxsulluğun həddi aşağı düşür. Həyata keçirilən yeni layihələr sayəsində yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər tikilir, köhnələri təmir olunur, yeni yollar salınır. Toplantıda iştirak edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev Ölkə başçısının daxili və xarici siyasətinin bariz nümunəsi kimi Azərbaycandakı iqtisadi irəliləyişdən, respublikada aparılan iri miqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, müharibə veteranları, şəhid ailələri, əlillər, digər imtiyazlı şəxslərlə bağlı görülən işlər barədə məlumat verib. Toplantıda Səbail rayon Sosial Müdafiə Mərkəzi, Sosial Müdafiə Fondu,  Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri çıxış edərək pensiya və müavinətlərin artımı ilə bağlı rayonda həyata keçirilən işlərdən danışmış, iştirakçıları maraqlandıran çoxsaylı suallaı cavablandırıblar. Müharibə veteranları, şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər. Toplantıda həmçinin oktyabrın 9-da ölkədə keçiriləcək çox mühüm bir tədbir – Azərbaycan Respulikası Prezidentinin seçkiləri məsələsini də müzakirə ediblər. Bildirilibr ki, müharibənin ən ağır günlərini yaşamış veteranları hər zaman cəmiyyətin fəal üzvləri kimi bütün ictimai-siyasi prosseslərin iştirakçısı olublar. Əvvəllər də qeyd olunduğu kimi bu seçkilərdə veteranların yalnız bir namizədi vardır ki, bu da Azərbaycan Rеspublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Vereran döyüşçülər ölkənin cələcək inkişafını yalnız onunla görür və seçkilərdə ailələri ilə birlikdə onun namizədliyini yekdilliklə dəstəkləyəcəklər. Ölkə başçısı veteranlara arxayın ola bilər.