Ötən ay bu elektron xidmətlərdən daha çox istifadə edilib

13 Sentyabr 2013 18:39 (UTC+04:00)

Azərbaycanda avqust ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telefon nömrəsi üzrə axtarış xidməti olub. Movqe.az-ın məlumatına görə, ümumilikdə ən çox istifadə edilən xidmətlərin siyahısında 10 xidmətin adı göstərilib. Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu ən çox istifadə edilən ikinci xidmət olub. Ən az istifadə edilən xidmət isə Daxili İşlər Nazirliyinin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar xidmətidir. Qeyd edək ki, bu il sentyabrın 1-nə olan məlumata görə, hüquqi şəxslərə və vətəndaşlara 15 613 elektron imza vəsiqəsi verilib.