Cümə namazında partlayış: 30 nəfər öldü
13 Sentyabr 2013 20:27 (UTC+04:00)
İraqın paytaxt Bağdaddan 60 kilometr şimalda yerləşən Bakuba
şəhərində sünni məscidinin önündə baş vermiş partlayış nəticəsində
30 nəfər ölüb, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Movqe.az "BBC"yə istinadən bildirir ki, polisin məlumatına görə
insanlar məsciddən cümə namazından çıxan zaman iki bomba
partladılıb.
Sentyabrın əvvəlində isə Bağdadda şiə məhəlləsində baş vermiş
partlayış nəticəsində 30 nəfər ölmüşdü.