Metropoliten yeni dərs ilinin başlanılması ilə bağlı qərar qəbul etdi
15 Sentyabr 2013 12:59 (UTC+04:00)
Sabahdan "28 May" metrostansiyasının əsas çıxışı istifadəyə
veriləcək. Bakı metropolitenindən ANS PRESS-ə verilən məlumata
görə, bunu yeni tədris mövsümünün başlanmasını və sərnişinlərin
sayının artmasını nəzərə alaraq, Bakı Metropoliteninin rəhbərliyi
hazırda yenidən qurulan "28 May" stansiyasının əsas çıxışından
sərnişinlərin istifadə etməsi ilə bağlı qəbul edib. Qeyd edək ki,
sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün
istifadə etməsi təmin olunacaq. Yenidənqurma dövründə sərnişinlərin
buna qədər istifadə etdiyi digər giriş-çıxışlar isə əvvəlki kimi
fəaliyyət göstərəcək: sərnişinlər "28 May" stansiyasının Salatın
Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin "Cəfər
Cabbarlı" stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə
bilərlər.