"Bilik günü" ilə əlaqədar şəhərin mərkəzi küçələrində ciddi tıxaclar yaranıb

16 Sentyabr 2013 11:41 (UTC+04:00)

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində ciddi problem yaranıb.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə,  yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtın Tbilisi, Babək , Azadlıq prospektləri və Rəşid Behbudov , Fizuli küçələrində nəqliyyatın sıx cərgələnməsi və saatda 5 kilometr surətlə hərəkəti müşahidə olunur.

 

Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir və baş verən sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görür.