Yeni dərs ilində 13 adda dərslik ilk dəfə hazırlanaraq nəşr edilib
16 Sentyabr 2013 12:37 (UTC+04:00)
Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri
üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait
(elektron versiyaları ilə birgə) ilk dəfə hazırlanaraq nəşr edilib
və orta ixtisas təhsili müəssisələrinə paylanıb. Movqe.az-ın
məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan"
qəzetinə müsahibəsində deyib. M.Cabbarov bildirib ki, Təhsil Nazirliyində dərsliklərin çapı
və yerlərə çatdırılması məsələsi ilə əlaqədar yaradılmış İşçi qrupu
üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə ki,
2013/2014-cü dərs ili üçün II, IV, VI, VIII, IX və XI siniflər üçün
139 adda 4011000 nüsxə dərslik və müəllimlər üçün metodik vəsaitlər
hazırlanıb, çap edilib və yerlərə
çatdırılıb. Nazirin sözlərinə görə, VI
sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. IX
sinfin "Alman dili" dərsliyi də yeni dərslikdir. Digər dərsliklər
isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub:
"TQDK tərəfindən monitorinqi aparılmış II, IV və VII sinif
dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər
növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri
nəzərə alınacaq".