"Miss müsəlman" gözəllik müsabiqəsi

16 Sentyabr 2013 16:48 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İndoneziya günlərdir bu ölkədə keçirilməsi planlaşdırılan Dünya Gözəllik müsabiqəsiylə məşğuldur. Dini qrupların etirazları ucbatından müsabqə turislərin sevimlisi Bali adasına köçürülüb, lakin yenə də etirazlar sona çatmayıb. İndi də mühafizəkar bir təşkilat, alternativ gözəllik müsabiqəsi etdiyini açıqlayıb. Müsəlman Dünya Gözəllik müsabiqəsi çərşənbə günü İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. Təşkilatçı Eka Şanti "Şərtlərimiz Dünya Gözəllik yarışmasından çox fərqlidir. Dindar, müsbət rol modeli olmaq, həmçinin müasir dünyada dini həyatı necə tarazlamağınızı göstərmək lazımdır "deyib. Müsabiqəyə təxminən 500 müraciət gəlib. Quran oxuma imtahanından keçən, hicab taxmağa necə başladığını söyləyən gənc qızlardan 20-i finala qalıb. İran, Malayziya, Bruney, Banqladeş, Nigeriyadan da iştirakçılar olan podiumda finalda hicabla podiuma çıxlacaq. Həmçinin İslamı Müdafiə Cəbhəsi adlı bir qrup müsabiqəni  "Miss World, fahişə təşkilatı" deyə adlandlrlb.