İrandan İngiltərəni təəccübləndirən tvit

16 Sentyabr 2013 16:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama və İran prezidenti Həsən Ruhani arasında gələn həftə BMT zirvəsi əsnasında görüş ehtimalının olması iddiasından sonra, Ruhaninin İngiltərə xarici işlər naziri ilə də görüşəcəyiylə bağlı tvit atılması Londonu çaşdırıb. Ruhaninin İngilis Tvitter hesabından atılan tvitdə xarici işlər naziri Uilliam Haguela İngiltərənin tələbi istiqamətində görüşəcəyi deyilib. İngiltərə Xarici işlər nazirliyindən edilən şərhdə isə özlərinin belə bir tələbinin olmadığı, lakin görüşü məmnuniyyətlə qarşılayacaqları deyilib. İngiltərə xarici işlər naziri Uilliam Hague BMT zirvəsi əsnasında İranlı həmkarı Məhəmməd Cavad Zariflə görüşəcəyi bilinirdi. Atılan bu Tvitin yeni İran hökumətinin nüvə mövzusunda diplomatik addımlar atma istəyinin bir göstəricisi olduğu şərhi edilib. İngiltərə və İran arasında 2011-ci ilin Noyabrında İngiltərənin Tehran səfirliyi binasına edilən hücumdan bu yana hər hansı bir diplomatik görüş olmayıb. Haguenin Ruhani və ya Zərif ilə edəcəyi görüşə iki ölkə arasındakı əlaqələri düzəldəcək bir addım olaraq görülür.