ABŞ səfiri YAP-ın sədr müavini Əli Əhmədovla görüşüb

16 Sentyabr 2013 17:18 (UTC+04:00)

Görüşdə seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb

Azərbaycan  Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşüb. 

Mövqe.az-ın məlumatına görə, bu barədə YAP-ın saytında məlumat verilib.


Görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkisi ərəfəsində ümumi ictimai-siyasi vəziyyət və seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.


Görüşdə ABŞ səfirinin müavini Derek Hoqan, səfirliyin siyasət şöbəsinin müdiri xanım Kolin Krenvoliç və səfirin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr iştirak ediblər.