Tacikistan Prezidentinin İcra Aparatının nümayəndələri MDB-dən olan müşahidəçi qrupunun tərkibində Azərbaycanda bu ilin oktyabrın 9-na təyin edilmiş prezident seçkilərinin monitorinqində iştirak edəcəklər. Mövqe.az-ın məlumatına görə, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyası Administrasiyasının rəhbəri Abdumannon Dodoyev "Asiya-Plyus" agentliyinə deyib.
Onun sözlərinə görə, beynəlxalq müşahidəçi missiyasının tərkibinə Tacikistan Prezidentinin Hüquq siyasəti üzrə baş məsləhətçisi Xursandmurod Mirzəyev və Prezidentin İcra Aparatının Hüquq şöbəsinin müdiri Dustmurod Murodov daxil edilib.