Avtomobil hovuza düşdü, iki qardaş boğularaq öldü

17 Sentyabr 2013 11:51 (UTC+04:00)

Qubada dəhşətli yol qəzası baş verib.


Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Mirzə Məmməd kəndində "Audi" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hovuza düşüb.

 

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Səmədov Cəsarət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüblər.

 

Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.