Mövqe.az-ın məlumatına görə, bir neçə gün öncə Röya Ayxanın müsahibəsində rejissorlar mərkəzi açmağı fikri qalmaqala səbəb olub. Belə ki, müğənninin eks prodüseri Tolik İnstagramda bu fikirləri ələ salıb və belə münasibət bildirib: "Sonra deyirlər ki, Tolik qalmaqal eləyir, öldüm gülməkdən. Hələ bir gör Hüseyn Abdullayev sənə heç salam verir ki, bir mahnısını da oxuyasan. Yaxşı ki, bu 25 ildir oxumur, belə öyrədənsən bir özün də öyrən gör neçə not var? Prodüserlik mərkəzi açır. Bir özüvə ofis tut, yoxsa özün kimi Meridianda kurslar açarsan. 80 nəfər gəlibsə, it kimi uluyaram".