ARDNŞ bütün işçilərini evlə təmin edəcək

17 Sentyabr 2013 17:03 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan və mənzil növbəsində dayanan bütün işçilər evlə təmin ediləcək.


"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.

 

Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda ARDNŞ-in tərkibində kooperativ fəaliyyət göstərir: "Bu qurum tərəfindən neftçilərə artıq xeyli mənzil verilib. İlk növbədə ARDNŞ-də mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq ARDNŞ 50% güzəştlə işçiləri mənzillə təmin edir".

 

S.Qasımov bildirib ki, digər tərəfdən ARDNŞ banka depozit qoymaqla işçilərə ipoteka krediti verir: "ARDNŞ həmçinin işçilərinə torpaqyanı sahələrinin verilməsini də təmin edir. Bu işlər plana uyğun olaraq aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunana qədər bu işlər davam etdiriləcək".