Movqe.Az xəbər verir ki, Avropa Birliyi Nəqliyyat Komissiyası, avtomobillər saatda 120 kilometr sürəti aşanda əlavə avtomatik əyləc sisteminin tətbiq edilməsini müzakirə edir. İfrat sürət səbəbi ilə meydana gələn qəzaları minimuma endirmək istəyən AB Trafik Komissiyası, kompüter təchizatlı vasitələr sürət sərhədini aşanda əlavə əyləc sisteminin dövrəyə girməsini müzakirəyə çıxarıb. Sistem daha əvvəl İsveçdə könüllü sürücülər tərəfindən test edilmiş; qəzaların azalmasıyla yanaşı yanacaq qənaəti və yolların gec aşınması kimi faydalar yaratdığı təsbit edilmişdi. Sistemə qarşı çıxan Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Maria Spetz isə "Hər yol üçün ayrı bir sürət sərhədi vardır. AB Nəqliyyat Komissiyasının bütün yollarda sürət sərhədini 120-ə endirərək məhdudlaşdırması və qadağan etməso heç bir şəkildə qəbul edilə bilməz" deyib. Avropada ümumiyyətlə sürət məhdudlaşdırması saatda 120 kilometrdir. Almaniyada isə hər hansı bir məhdudlaşdırma yoxdur.