Mövqe.az-ın məlumatına görə, Azərbaycan Gənclər Fondu və Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramının dəstəyi ilə "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) "Münaqişələrin Həlli və Sülh quruculuğu üçün Gənclər Fəaliyyətdə" layihəsi çərçivəsində keçirdiyi seminar işini uğurla davam etdirir. Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Polşa, Fransa, Estonoya, İtaliya və Fransadan olmaqla 40 nəfər iştirakçı sülh quruculuğu və beynəlxalq mədəni əlaqələrin yaradılması çərçivəsində təlimlərdə iştirak edirlər.
Layihənin keçirilməsində əsas məqsəd yerli gənclərin Avropanın gənc liderləri ilə bir yerdə mədəni fərqlilik şəraitində sülh içində yaşamağı öyrənmək, qarşılıqlı inamın və beynəxalq mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri-formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasıdır.
Bundan başqa layihə çərçivəsində iştirakçılarına Avropa Birliyi və onun Gənclər Fəaliyyətdə proqramı, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının və Avropa Qonşuluq Siyasətinin mahiyyəti və gələcək istiqamətləri haqqında ətraflı məlumat veriləcək, sülh quruculuğu, dözümlülük və münaqişələrin həlli ilə bağlı təlimlər keçiriləcəkdir.
Layihənin eksperti Böyük Britaniyanın Kembric Uniberstetinin konfliktlərin həlli üzrə tədqiqatçısı Sara Həbibi keçirilən təlimin hazırda dünyada çox aktual problemə həsr edildiyini və qeyri-formal təlim metodları ilə keçirilən dərslərə iştirakçıların böyük həvəs göstərdiyini bildirib.
Qeyd edək ki, tədbirin Azərbazcan üzrə təşkilatçısı, DANİB 2001-ci ilin yazında bir neçə gənc tərəfindən Təşəbbüs Qrupu kimi yaradılıb. Həmin ilin noyabrın 4-də Təsis Konfransını keçirib. Birlik 2006-cı ilin martında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Fəaliyyətinin predmeti və məqsədi vətandaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılmasına kömək etməkdir. Indiyədək təşkilat milli-mədəni irsimizin, tarixi keçmişimizin təbliğinə, vətandaş hüquq və azadlıqlarına, dünyanın müxtəlif ölkələrində yaşayan türksoylu xalqların arasında həmrəyliyin dərinləşməsinəvə digər mövzularda onlarla tədbir və layihə həyata keçirib. DANİB sıralarında onlarla gəncini birləşdirir.