15-ci arvadını seçdi

18 Sentyabr 2013 15:38 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Svazilandın çoxarvadlı kralı 3-cü Msvati, on minlərlə gənc qızın arasından 15-ci yoldaşını seçib. Liseydən yeni məzun olan kraliça Sindisva Dlamini, bu il bir gözəllik yarışmasında finala qalmışdı. Cənubi Afrika ölkəsi Svazilandda kral 3-cü Msvati, yeni gəlininə seçib. Kral, 15-ci həyat yoldaşı olaraq 18 yaşındakı bir gənc qızda qərarlaşıb. Sindisva Dlamini, on minlərlə gənc qızın krala özünü bəyəndirmək üçün yarı çılpaq rəqs etdiyi ənənəvi Reed Dans Festivalında kral tərəfindən şəxsən bəyənilib. Msvatinin qarşısında üç dəfə rəqs edən gənc qız, kralın yeni həyat yoldaşı olmağa haqq qazanıb. Festivala Nelson Mandelanın nəvəsi və cümə günü ediləcək seçkilər üçün gələn Mandla da qatılıb. Ənənəvi paltarlar geyən Mandla, əlində çubuğu və mal dərisindən hazırlanmış qalxanla rəqs etdikdən sonra Msvati üçün festivala gələn gənc qızları araşdırıb. Liseyi yeni bitirən gənc qızın bu il bir gözəllik yarışmasında finala qaldığı deyilib. Dlamini, əvvəlki il edilən festivalında da rəqs edən qızlar arasında idi. 45 yaşındakı Kral 3. Msvatinin 14 yoldaşından 24 uşağı var.