Meksida güclü qasırğa olub

18 Sentyabr 2013 16:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Meksikanın cənub-qərb sahilini təsiri altına alan tropik Manuel qasırğasıyla körfəz bölgəsini vuran Ingrid qasırğasında həlak olanların sayı 47-yə çatıb. Meksika hökuməti, Manuel qasırğasında Acapulconun olduğu Guerrero bölgəsində 27 nəfərin öldüyünü, Ingrid qasırğasının isə ölkə daxilində 20 can aldığını açıqlayıb. Torpaq sürüşmələri, sellər və çökən körpülər ucbatından quru yolla əlaqəsi kəsilən Acapulcoya əlavə təyyarə səfərləri salınıb, şəhərdə qapalı qalan ən az 40 min turistin xilas edilməsi işinə başlanılıb. Acapulcoda təxminən 23 min evə elektrik və su verilmədiyi, çox sayda evin seldən zərər gördüyünü, vəziyyətin pisləşməsindən narahat olan əhalinin qida maddələrini ehtiyat tutmaq üçün marketlərə axın etdiyi bildirilir.