Prezident Bərdə rayonuna iki milyon manat ayırdı

18 Sentyabr 2013 19:05 (UTC+04:00)

Prezident İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Movqe.az-ın xəbərinə görə, sərəncama əsasən Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Bərdə rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 (iki) milyon manat ayrılıb.