Sentyabrın 20-də Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının 24-cü sessiyası keçiriləcək. Mövqe.az-ın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiya çərçivəsində Azərbaycan hökumətinin BMT İnsan Hüquqları Şurası Universal Dövrü İcmal Mexanizmi üzrə 2-ci hesabatının qəbulu baş tutacaq.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.