Üzərinə kamera taxılan qartalın uçuşu

19 Sentyabr 2013 17:42 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Üzərinə kamera yerləşdirilən vəhşi bir qartalın uçuş görüntüləri nəfəs kəsir. Video paylaşma saytı YouTube "Srachi" adlı istifadəçinin yüklədiyi bir yarım dəqiqəlik klip, izləyənlərə sanki bir qartal kimi uçma təcrübəsi yaşadır. "Srachi"in verdiyi məlumatlara görə, görüntülər Fransanın cənub-şərqində yarləşən Alp Dağları üzərindəki Chamonix qəsəbəsinin yaxınlığında çəkilib. Qartalın başının arxasına yerləşdirilən kamera sayəsində Fransa Alplarının bənzərsiz təbii gözəllikləri üzərində bir quş kimi uçmağın necə olacağı gözlər önünə sərilir. 3 gün əvvəl yüklənən görüntülər qısa zamanda 850 mindən çox sayla izlənilib.



http://www.youtube.com/watch?v=G3QrhdfLCO8