Nabranda istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir
ayağını itirən və Almaniyanın Şarite klinikasında müalicəsini davam
etdirən 2 yaşlı İmran Cəfərzadənin üzərində növbəti cərrahiyyə
əməliyyatı keçirilib. Əməliyyatdan sonra keçirilən konsiliumda
həkimlər İmranın ayaqlarındakı sınmış sümüklərin bitişməsində
irəliləyiş oludğunu qeyd ediblər. Azərbaycanın Almaniyadakı
səfirinin müşaviri Rizvan Nəbiyev ANS-ə uşağın səhhəti və son
əməliyyat haqda ətraflı məlumat verib. Müşavir bildirib ki, hazırda
xəstənin ümumi vəziyyəti qənaətbəxşdir.
Həkimlər indi İmranın ayağındakı sınmış sümüklərin tam bitişməsini
gözləyir. Növğəti addımlar haqda da bundan sonra qərar veriləcək.
Ən azı sınıqlar sağalana qədər İmran Şarite klinikasında
müalicəsini davam etdirəcək.