Kıvanç Tatlıtuğ qəzaya uğradı
20 Sentyabr 2013 00:57 (UTC+04:00)
Məşhur aktyor Kıvanç Tatlıtuğ motosikletlə qəzaya
uğrayıb.
Axşam.az-ın məlumatına görə, baş vermiş hadisə təhlükəsizlik
kameraları tərəfindən qeydə alınıb. Tatlıtuğ qəzadan yüngül xəsarət
alıb. Aktyor qarşıdan motosikletlə gələn kuryerlə toqquşub.
Kıvançın motosikleti aşsa da, özü tarazlığını qoruya bilib. Hətta
o, qəza zamanı yerə yıxılan kuryerə də kömək edib. Hadisə ilə bağlı
istintaq aparılır.