Movqe.Az xəbər verir ki, gənc olmasına baxmayaraq 6 "Grammy" mükafatı alan və "country" musiqi janrının ifaçısı, 22 yaşlı Teylor Svift, "country" sahəsində təhsil verən "The Country Music Hall of Fame and Museum"a 4 milyon dollar hədiyyə edib.
T.Svift, yeni təhsil mərkəzinin qurulacağı açıqlayıb. O, mMərkəzin 2 mərtəbəli olacağını və gənclərə musiqi təhsilindən dərs keçiriləcəyini qeyd edib.
Musiqiçi, ""Country" musiqinin gənc nəsillərə ötürülməsində qatıldığım üçün bundan böyük xoşbəxtlik duyuram", deyib.
Fuad Mədətov
Movqe.Az