Prezident əfv sərəncamı verdi
3 Aprel 2012 20:11 (UTC+04:00)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını
imzalayıb.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə
üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının
müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların
şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə
davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq,
55 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Daha bir
nəfər sərəncamla islah işləri cəzasından, 6 nəfər isə cərimə
cəzasından azad olunub.