Hafiz Hacıyev:"Cəmil Həsənli səsini kəsməsə dozanı bir azda artıracağam"
20 Sentyabr 2013 16:40 (UTC+04:00)
"Mən hələ dozanı aşağı eləmişəm. Cəmil Həsənli
səsini kəsməsə dozanı bir azda artıracağam". Bu sözləri ANS PRESS-ə
açıqlamasında prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının
sədri Hafiz Hacıyev bildirib. Partiya
sədri qohumu Bəxtiyar Hacıyevin onun namizədliyinin ləğv olunması
ilə bağlı verdiyi açıqlamaya sərt reaksiya göstərdi: "Bəxtiyar
Hacıyev ruhi xəstədir. Müalicəyə ehtiyacı var. Çalışırıq ki, onu
Türkiyədə, ya da Almaniyada müalicə etdirək. Mənim namizədliyimi
heç kim ləğv edə bilməz. Buna ixtiyarları da yoxdur. Orda nə oldu
ki?. Adi bir debat idi. Belə şeylər dünyanın hər yerində baş verir.
Cəmil Həsənli yenə danışsa, onlar barədə daha kəskin faktları
açıqlayacağam. Əlimdə hələ çox sübutlarım
var".
Milli Şuranın prezidentliyə namizədi Cəmil
Həsənlinin ünvanına sərt ifadələr işlədən Hafiz Hacıyev Müsavat və
AXCP üzvlərinin əksəriyyətinin seçkilərdə ona səs verəcəyini iddia
etdi: "Mən Xalq Cəbhəsinin üzvü olmuşam. Elçibəy komandasının ən
layiqli naziri mən idim. Elçibəy məni baş nazir təyin eləmək
istəyirdi. Amma həmin vaxt ABŞ-a Azərbaycana Ermənistanın hərbi
təcavüzü ilə bağlı BMT-də 852 saylı qətnamənin qəbul olunması üçün
getmişdim. Qayıdandan sonra, gördüm vəziyyət dəyişib. Xalq
Cəbhəsinin fəallarından biri idim. Buna görə, cəbhəçilər və
müsavatçılar mənə səs verəcək..."