iPhone 5S ve 5C 9 ölkədə satışda! - FOTOLAR

20 Sentyabr 2013 17:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Apple-ın yeni telefonları iPhone 5s və 5C bu gündən etibarən 9 ölkədə satışa çıxır. Növbədə gözləyən Apple fanatları rəngarəng görüntülərin yaranmasına səbəb olub.

Səbirsiz Apple fanatları bu yeni cihazlara tez qovuşmaq üçün satış nöqtələrində uzun növbələr meydana gətirib. Artıq Avstraliyalılar və Yaponlar yeni cihazlarına qovuşdular. İnternet üzərindən satışlar isə bir neçə saat əvvəl başlayıb. Telefonlarını internetdən satın alanlar cihazlarının özlərinə çatmasını 7-10 gün müddətində gözləməlidirlər. iPhone 5s və 5C ilə qovuşan ilk ölkələr Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Hong Kong, Yaponiya, Puerto Riko, Sinqapur, İngiltərə və ABŞ-dır. Apple bu ilin sonuna qədər yeni qurğularını təxminən 100 ölkəyə çatdırmağı planlaşdırır. Əldə edilən məlumatlara görə barmaq izi xüsusiyyəti olan iPhone 5-in istehsalı çətin olduğundan ötəri 5C-ye nisbətən vitrinlərdə daha az olacaq.