Danışan çəngəl kalorini hesablayır

20 Sentyabr 2013 17:42 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Yapon alimləri danışan çəngəl hazırlayıblar. Hazırlanan danışan çəngəl məhsulu, insanları artıq çəkidən azad etməyə kömək edəcək. 


Yapon alimləri bu məhsulu modernləşdirərək müxtəlif çeşidlərini və dəstlərini hazırlamağı planlaşdırırlar. (Çəngəl-bıçaq dəsti və s.).


Hazırlanan bu predmetlər insanları artıq çəkidən azad etmək üçün qəbul olunan qidaların növlərinə görə müxtəlif səslər çıxararaq onlara artıq kalori aldıqda xəbər verəcək. 


Beləliklə artıq çəki problemi yaşayan insanlar miqdarında qida qəbul edərək öz sağlamlıqlarının keşiyində duracaqlar.