QİÇS virusu azərbaycanlı müğənninin həyatına son qoydu-ŞOK

20 Sentyabr 2013 18:38 (UTC+04:00)
Müğənni Bagira dünyasını dəyişdi. ANS PRESS-in verdiyi məlumata görə, bir zamanlar şou-biznesdə öz açıq-saçıqlığı, davranışları və çılpaq şəkilləri ilə gündəmdə olan Bagira dünyasını dəyişib. Bir neçə ildir ki, artıq Türkiyənin İstanbul şəhərində yaşayan, əsil adı Aynurə olan müğənni QİÇS xəstəliyinə tutulub və bu üzdəndə dünyasını dəyişib.