Yadplanetlilər 95 faiz həqiqidir?
20 Sentyabr 2013 20:55 (UTC+04:00)
Movqe.Az xəbər veir ki,Bir qrup İngilis elm
insanı kosmosun dərinliklərindən yığdıqları bəzi qəribə
hissəciklərin yadplanetlilərin dəlili olduğunu açıqlayıb.
Mütəxəssislərin stratosferin 27 kilometr dərinliyinə göndərdiyi şar
üzərində kiçik bioloji orqanizmlərlə geri dönüb.Qrupun üzvlərindən
Professor Milton Veynrayt "Independent"a etdiyi şərhdə bu
orqanizmlərin qaynağının Yer planeti olmadığına 95 faiz əmin
olduğunu söyləyib. O, "Elmin əlindəki bütün məlumatlar bizə
bunların kosmosdan gəldiyini söyləyir. Bu canlıların bu qədər
yüksəyə çıxmasının başqa bir yolu yoxdur. Fizika məlumatımız bizə
bunların yuxarıdan aşağı gəldiyini göstərir" deyib.