Rabitəçilərin maaşı artırılacaq

23 Sentyabr 2013 12:45 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, bu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya İclasının qərarına əsasən həyata keçiriləcək: "Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 2013-cü ildə bir sıra sərəncamlar imzalayıb. Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin əməkhaqqıları 10 faiz həcmində artırılıb. zərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq".