Usagi qasırğası səngimək bilmir

23 Sentyabr 2013 16:13 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin cənubundakı Guangdong əyalətində dünən axşamdan bu yana təsirli olan Usagi qasırğası səbəbiylə 25 nəfərin həlak olduğu bildirilib. Şinhua agentliyinin xəbərinə görə, Guangdong əyalətindəki bir çox bölgədə nəqliyyat, rabitə, elektrik və su verilməsi dayandırılıb. Qasırğa səbəbiylə on minlərlə insan xəsarət alıb, yüzlərlə uçuş ləğv olunub, əhəmiyyətli dəniz yolu keçidi bağlanıb. Şanvey şəhərində 14 min nəfər qasırğadan xəsarət alıb və şəhərdəki birbaşa iqtisadi zərərin 2,8 milyard yuan olduğu açıqlanıb. Həmçinin bölgədə 47 min balıqçı qayığının şiddətli qasırğa səbəbiylə limana geri döndüyü deyilib. Xatırladaq ki, qasırğa Çindən əvvəl də Filippin və Tayvanda ağır ziyana səbəb olmuş, iki nəfərin ölümünə, onlarla insanın isə yaralanmasına gətirib çıxarmışdı.