Kilsədə terror törətdilər

23 Sentyabr 2013 16:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Pakistanın Peşaver şəhərində dünən bir kilsəyə təşkil edilən hücumda 60-dan çox insanın öldüyü, 100-dən çox insanın isə yaralandığı bildirilib. Qadın və uşaqların da ölənlər arasında olduğu hücumun iki  nəfər tərəfindən reallaşdırıldığı deyilib. Şəhərdəki Lady Reading Xəstəxanası həkimlərindən Məhəmməd İkbal indiyə qədər 61 nəfərin cəsədinin tapıldığını, yaralı sayının 120 olduğunu bildirib.

Peşaveri səlahiyyətlisi Sahibzade Anis, "Kilsənin olduğu bölgə terrorizmin hədəfində olan bir bölgə olduğu üçün xüsusi təhlükəsizlik nəzarətində idi. Harada axsaqlıq olduğunu araşdırırıq "deyib. Sünni və Şiə birlikləri arasında uzun zamandır davam edən məzhəb qarşıdurmalarının yaşandığı ölkədə yeni hədəfin Xristian azlıqlar olduğu vurğulanıb. Peşaverinin də daxil oduğu Hayber əyalətində 200 minə yaxın xristianın yaşadığı, bunlardan 70 minin isə Peşaverədə yaşadığı qeyd edilib. Hayber əyaləti isə ifrat mühafizəkarlığı ilə bilinir.