Müğənni Elnur Məmmədov "O Naxçıvandır" adlı mahnıya çəkdirdiyi
klipi təqdim edib.
Mövqe.az-ın verdiyi məlumata görə, mahnının sözləri Əliheydər
Qəmbərova, musiqisi isə Vahid Axundova aiddir.
Rejissorluğunu Rahid Abbasovun etdiyi ekran işi Naxçıvanda lentə
alınıb.
Klipdə mahnının ilk ifaçısı xalq artisti Abdulla Babayev və aparıcı
Nərgiz Cəlilova da rol alıb. Elnur mahnını ifa etməmişdən əvvəl A.
Babayevdən xeyir-dua aldığını bildirib.