Kraliçanın almacıq sümükləri qırıldı
23 Sentyabr 2013 17:29 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Hollandiyanın
keçmiş Kraliçası Beatriksin almacıq sümüyünün qırıldığı bildirilib.
Bir müddət əvvəl vəzifəsini oğluna təhvil verən 75 yaşındakı
Beatriksin öz evində yıxıldığı və almacıq sümüyünün qırıldığı
deyilib. Dünən əməliyyat edilən Beatriksin bir neçə gün xəstəxanada
qalmasının gözlənildiyi, daha sonra müalicəsinə evdə davam
ediləcəyi qeyd olunub.
Kraliça Beatriks (31 Yanvar 1938), tam adıyla Beatriks
Uiilhelmina Armqard 30 Aprel 1980 tarixində taxta çıxmış, 33 il
müddətlə Hollandiya Kraliçası olduqdan sonra 30 Aprel 2013
tarixində taxtını oğlu Uillem-Aleksandra buraxmışdır.