Azərbaycan Ekologiya və Təbii Sərvətlər Naziri vətəndaşları qəbul edəcək

24 Sentyabr 2013 11:53 (UTC+04:00)

Hüseynqulu Bağırovun qəbulu Xaçmazda baş tutacaq

Azərbaycan  Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, qəbul oktyabrın 2-də saat 10:00-da Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ba. tutacaq. Nazir Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 


Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbə, əlaqə telefonu: 070 232 33 45; 023 323 00 14) xahiş olunur.