Blackberry Messenger üçün bir az da gözləyəcəksiniz

24 Sentyabr 2013 15:08 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Blackberry, mesajlaşma platforması Blackberry Messengerin iOS və Android əməliyyat sistemlərinə gəlməsi təxirə salınıb. Tətbiqin Apple-ın Apple Store və Google Play Store tətbiq platformalarına ötən həftəsonu gəlməsi gözlənilirdi.Gecikməyə səbəb olaraq isə BB Messengerin rəsmi olmayan bir versiyasının Androidə sızmış olması göstərilib.