Şübhəli FBI agenti günahını etiraf edəcək
24 Sentyabr 2013 21:15 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ-da ötən il böyük
qalmaqal yaradan Yəmən bombalı hücumuyla əlaqədar gizli məlumatları
Associated Press xəbər agentliyinə sızdıran keçmiş FBI agenti
Donald Sachtlebenin, məhkəmədə təqsirini etiraf etdiyi
bildirilib. Sachtleben qarşılığında 43
ay həbs cəzası alacaq. Ədalət Nazirliyindən edilən şərhdə onun eyni
zamanda uşaq pornosu iddiasıyla əlaqədar olaraq da istintaq altında
olduğu və bu iddiada da təqsirini etiraf edəcəyi
deyilib. 55 yaşındakı Sachtlebenin FBI
daxilində partlayıcı texniki olaraq çalışdığı öyrənilib. AP
müxbirlərinin telefon qeydlərinin ələ keçirildiyi may ayında
açıqlananda həm mətbuatda, həm də Konqresdə böyük bir səs-küy
qopmuşdu.