Azərbaycanda bu il QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli statistikası açıqlandı-Eksklüziv

24 Sentyabr 2013 16:00 (UTC+04:00)

Azərbaycanda son illər İİV-infeksiyasına/QİÇS-ə cinsi yolla yoluxanların sayı artıb. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın Movqe.az-a eksklüziv olaraq verdiyi xəbərə görə, Azərbaycanda təkcə bu ilin  6 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 56,4%-i cinsi yolla yoluxma nəticəsində baş verib.  E. Alməmmədova bildirib ki, cinsi yolla QİÇS-in yoluxmalarda artımın baş verməsi bu xəstəliyə mübtəla olanların öz həyat yoldaşlarını və cinsi partnyorlarını bu virusla yoluxdurmasıdır: "Azərbaycandan Rusiya, Ukrayna kimi ölkələrə əməkçi miqrant kimi gedən azərbaycanlıların da ölkəmizdə cinsi yolla QİÇS-ə yoluxma statistikasının böyüməsində "payı"var. Onlar bu ölkələrdə QİÇS-ə yoluxaraq Azərbaycana qayıtdıqdan sonra bu xəstəliyi öz həyat yoldaşlarına da yoluxdururlar".