Usagi qasırğası can almağa davam edir
24 Sentyabr 2013 17:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Filippin və
Taylanddan sonra Çinə yönələn Usagi tayfunu dünən ölkənin cənubunu
təsirsiz hala salıb. Guangdong əyalətində 25 nəfər həlak olub, yüz
milyonlarla dollar maddi ziyanın meydana gəldiyi bildirilib.
Bölgədə hava, quru və dəniz nəqliyyatının tamamilə dayandığı, heç
bir yerə elektrik verilmədiyi, insanların küçəyə çıxa bilmədiyi
deyilib. Mütəxəssislər 3.5 milyondan çox insanın Usagidən
təsirləndiyini, təxminən 7 min evin oturulamaz hala gəldiyini və 50
min vəzifəlinin fəlakətlə mübarizə üçün səfərbər edildiyini
açıqlayıb.