Azərbaycanda 6 ayda bu virus 30 can alıb-Özəl

24 Sentyabr 2013 17:11 (UTC+04:00)
Azərbaycanda bu ilin 6 ayı ərzində İİV-infeksiyasından/QİÇS-dən  30 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın Movqe.az-a eksklüziv olaraq verdiyi xəbərə görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2013-cü ilin 6 ayının sonunadək İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 556 nəfər olub. Onlardan 548 Azərbaycan vətəndaşlarıdır.