Movqe.Az xəbər verir ki, Uilliam Hague və Emmo Bonino İranın Suriya mövzusunda köməkçi rol oynaya biləcəyi fikrini müdafiə edib. Uilliam Hague, İranın Cenevrə müddətini dəstəkləyərək Əsəd rejimi və müxaliflər arasında müzakirələr üçün konstruktiv bir rol oynaya biləcəyini söyləyib. Hague, bunun üçün İranın rejim güclərinə verdiyi birbaşa dəstəyi kəsməsi lazım olduğuna diqqət çəkib. İtaliya xarici işlər naziri Emmo Bonino isə Suriya məsələsinin diplomatik yollarla həll edilməsi lazım olduğunu söyləyib. Bonino, İrandakı prezident dəyişikliyindən sonra Tehranın Suriya böhranında yalnız problemin deyil; həllinin bir hissəsi ola biləcəyini vurğulayıb.