Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 26 sentyabr 2013-cü il tarixdə, saat 09:00-da fondun Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri olan icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir. Bu barədə Trend-ə DSMF-dən məlumat verilib.
Qəbul jurnalistlər üçün açıq olacaq.