99 yaşında atestat aldı

25 Sentyabr 2013 12:52 (UTC+04:00)

ABŞ-ın Ayova ştatının sakini Odri Krebtri tarixə düşdü

Həyat tərzi  ABŞ-ın Ayova ştatının sakini Odri Krebtri 99 yaşında atestat alıb. Ans press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Odri 1932-ci ildə təhsilinin sonuncu ilində çox dərs buraxdığına görə atestat almağa 1 balı çatmayıb.


Odrinin məktəbi buraxmağının səbəbi isə o idi ki, o, üzgüçülük zamanı zədələnmişdi və məktəbə gedə bilmirdi. Daha sonra isə o ailə qurdu və başı uşaqların tərbiyəsinə qarışmışdı. 2 aydan sonra sonra isə yoldaşı rəhmətə getmişdi. Bundan sonra o 28 il gül dükanı işlətməklə dolanıb.


Dünən Krebtriyə çox gözlənilən atestatı təqdim edildi. Məktəbin nümayəndələri "Onun biznesdəki təcrübəsi attestata layiq olduğuna əsas verib", - deyə bildirib.