Azərbaycanlı müğənninin 10 minə yaxın izləmə sayı olan klipi silindi- VİDEO

25 Sentyabr 2013 13:43 (UTC+04:00)

Bəstəkar-müğənni Ramal Əsədzadənin bu günlərdə təqdim etdiyi "Sevə-sevə ayrıldıq" klipi "Youtube"dan silinib. Bu haqda Movqe.az-a açıqlama verən müğənni bildirib: " "Sevə-sevə ayrıldıq" klipinin sözləri və musiqisi mənə aiddir. İlk işim olmasına baxmayaraq tamaşaçılar tərəfindən  çox maraqla qarşılandı. Youtubedə yerləşdirilən klipimə 2 gün ərzində 10 minə yaxın izləmə sayı olub. Ancaq hal-hazırda video silinib. Vieonun silinməsi səbəbini bilmirəm. Heç klipdə açıq-saçıq, erotik görüntülər də yoxdur. Normal klipdir. 

Qeyd edək ki, müğənninin "Sevə-sevə ayrıldıq" mahnısına çəkilən  klip yenidən "Youtube"a yüklənilib.